Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qəzzaya qarşı blokadanı qırmaq və humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Donanma İsrail ordusu tərəfindən təqib edilib. İsrail əsgərlərinin qayıqlara mindiyi anlar donanmanın canlı yayımında lentə alınıb.
Tezadlar.az CNN-ə istinadən xəbər verir ki, İsrail ordusu Qəzzaya qarşı blokadanı qırmaq və humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Donanmanı ələ keçirmək üçün Aralıq dənizindəki beynəlxalq sulara müdaxilə edib.
Həmin anlar donanmanın canlı yayım hesabında lentə alınıb.
Qlobal Donanma Böhran İdarəetməsi, Kipr sahillərində üzən qayıqlarının yaxınlığında iki hərbi gəminin aşkarlandığını açıqlanıb.
İsrail ordusunun patrul qayıqlarının bəzi qayıqlara yaxınlaşdığını və təqib etdiyini göstərən videolar paylaşılıb.
İsrail mediası “müdaxilə başladı” xəbərini verərkən, qayıqlardakı bəzi fəalların canlı yayımlarda çəkilmiş görüntülərində İsrail əsgərləri yaxınlaşdıqca telefonlarını dənizə atdıqları və əllərini qaldırdıqları görünür.
Böhran mərkəzi rəsmiləri həmçinin İsrail qüvvələri tərəfindən təqib edilən qayıqla əlaqənin kəsildiyini və əsgərlərin bəzi qayıqlara mindiyini bildiriblər.
E.ŞİRİNOV