18 May 2026 / 18:40

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan-Türkiyə dostluq konserti

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan-Türkiyə dostluq konserti təşkil olunub. Səfirliklərin nümayəndələri və millət vəkillərinin qonaq olduğu konsertdə Rotterdam Klassik Türk Musiqisi Xoru çıxış edib.

Tezadlar.az xəbər verir ki, xorun rəhbəri Burak Savaşın dirijorluğu ilə türkiyəli və azərbaycanlı musiqiçilər eyni səhnəni bölüşərək həm Anadolu, həm də Azərbaycanın zəngin musiqi xəzinəsindən seçilən əsərləri səsləndiriblər.

Tədbirdə Heydər Buka (zərb alətləri), Atilla Tektaş və Mirhüseyn Əsədullayev (tar), Elnur Mikayılov (kamança), Sidqi Savaş (ud), Yelda Dəmir (qaval), Əməkdar artist Çinarə Mütəllibova (qanun), Səbinə Məmmədova (piano), Rəfael Əsgərov (balaban) və Rəvanə Qurbanova (vokal) çıxış ediblər.

Tədbirin əsas mahiyyəti Azərbaycan və Türkiyə xalqları arasında ortaq mədəni dəyərlərin, musiqi ənənələrinin və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də bu zəngin irsin gələcək nəsillərə çatdırılmasıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!