19 May 2026 / 19:52

Braziliya COP31 çərçivəsində şəhərsalma müşavirəsi keçirəcək

Braziliya Antalyada keçiriləcək COP31 çərçivəsində nazirlərin şəhərsalma və iqlim məsələlərinə həsr olunmuş beşinci müşavirəsini təşkil etməyi planlaşdırır.

Tezadlar.az-ın məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur nazirinin müavini Məhəmməd İbrahim Həsən Əl Mənsuri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclasında bəyan edib.

“Biz bu gündəliyi şüurlu şəkildə formalaşdırmaq və onu real məzmunla doldurmaq üçün böyük səy göstərdik. Şəhərlər sadəcə xəritədəki işarələr deyil – onlar həm də iqlim həllərinin hərəkətverici qüvvəsidir və gələcək nəsillərə miras qoymağa çalışdığımız gələcəyi formalaşdırır”, – o vurğulayıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri Konfransının (COP31) 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçirilməsi planlaşdırılır. Buna səbəb Avstraliyanın sammitə ev sahibliyi etmək hüququnu Türkiyəyə ötürməsi və həmsədrlikdən imtina etməsidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!