Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2026 / 10:31

Bu gün məhkəmədə Nigar Köçərliyə qarşı 222 minlik təzminat iddiasına baxılacaq

20.05.2026-cı il tarixdə, saat 11:30-da Nəsimi Rayon Məhkəməsində LIV Bona Dea Hospital tərəfindən mənə qarşı 222395 AZN təzminat tələbi ilə qaldırılmış iddia ərizəsinə baxılacaq.
Bu məsələ geniş ictimai rezonans yaratdığına görə məhkəmə tarixi ilə bağlı jurnalistlər, QHT nümayəndələri, insan hüquqları ilə məşğul olan fiziki və hüquqi şəxslər, hətta xəstəxanada şikayətçi olan pasiyentlər belə məhkəmə iclasında iştirak etmək üçün mənə tez-tez müraciət edirlər.
Bu sözləri “Əli və Nino” kitab mağazaları şəbəkəsinin qurucusu Nigar Köçərli   sosial media hesabında bildirib.
“Nəzərinizə çatdırıram ki, məhkəmə iclası açıq keçiriləcək. İşlə maraqlanan hər kəs iclasda iştirak edə bilər və onları məmnuniyyətlə dəvət edirəm. Keçən məhkəmə iclasına zal balaca olduğuna görə bəzi jurnalistlər buraxılmayıb. Bu dəfə məhkəmədən daha böyük zal istədik. Sadəcə lütfən gecikməyin – iclas başlayandan sonra zala heçkəs daxil ola bilməyəcək. Diqqətinizə və dəstəyinizə görə təşəkkür!”, – deyə o qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!