Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Alessandra Mussolini İtaliyada yayımlanan “Grande Fratello VIP” (“Celebrity Big Brother Italy”) realiti şousunun qalibi olub.
Tezadlar.az xəbər verir ki, İtaliyanın keçmiş faşist lideri Benito Mussolininin nəvəsi olan 63 yaşlı Alessandra Mussolini finalda digər iştirakçıları geridə qoyaraq 100 min avro mükafat qazanıb.
Keçmiş aktrisa, müğənni və Avropa Parlamentinin sabiq üzvü olan Mussolininin şoudakı performansı İtaliya mediasında geniş müzakirə olunub. Yerli media onun çıxışını “enerjili, iradəli və diqqətçəkən” kimi xarakterizə edib.
Qələbədən sonra açıqlama verən Alessandra Mussolini yarışmadan böyük zövq aldığını və heç nəyə görə peşman olmadığını bildirib.
Qeyd edək ki, Alessandra Mussolini həm də kino ulduzu Sofi Lorenlə ailəvi qohumluğa malikdir, o, Lorenin bacısı Mariya Skikolonenin övladıdır.