Bu hadisə noyabrın 3-də saat 09:38 radələrində Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verib. Cavid Ağayev idarə etdiyi “Toyota” markalı avtomobillə körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub. Qəza nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır. Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb. İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.
Yuxulu sürücü ana və övladını ölümə sürüklədi






