Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mayın 21-i saat 16:30-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.
Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yardımlı, Qusar, Balakən, Qax (Sarıbaş), Tovuz, Sabirabad, Salyan, Göygöl, Gəncə, Neftçala, Bərdə, Xızı, Şəmkir, Astara, Tərtər, Mingəçevir, Şəki, Şahdağ, Xınalıq, Tovuz arabir şimşək çaxır, yağış yağır.
Saat 11:41-11:46 radələrində Gədəbəy rayonuna diametri 11 mm olan, saat 15:37-15:39 radələrində Şəki şəhərinə diametri 10-12 mm, saat 16:04-16:10 radələrində isə Qax rayonunun Qaxbaş kəndinə diametri 8-10 mm olan dolu düşüb.