Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hondurasın şimalında mütəşəkkil cinayətkar qrupları tərəfindən həyata keçirilən iki ayrı hücumda altı polis əməkdaşı da daxil olmaqla 24 nəfər həyatını itirib.
Tezadlar.az xəbər verir ki, ölkənin şimalındakı Trujillo bölgəsində silahlı şəxslər kənd təsərrüfatı işçilərinə atəş açaraq 18 nəfəri öldürüb, Qvatemala sərhədi yaxınlığındakı Omoa bölgəsində isə polis karvanı pusquya düşüb.
İki ayrı hücumda altı polis əməkdaşı və 18 mülki şəxs həlak olub.
Prokurorluğun sözçüsü Yuri Mora yerli HCH televiziya kanalına bildirib: “İki ayrı yerdə işləyən qruplarımız var. Birinci qrup indiyə qədər 13 cəsədi müəyyən edib, ikinci qrup isə həyatını itirən altı nəfərin qeydlərini aparır”.
Qırğın baş verən Riqores kəndinin qonşuluğundakı bir icmanın lideri ərazidə artıq heç bir təhlükəsizlik olmadığını bildirərək deyib: “Davamlı silah səsləri eşidilir. Artıq burada sülh yoxdur. İnsanlar bir gözü açıq, digər gözü bağlı yatırlar”.
Təhlükəsizlik katibi Gerzon Velaskez jurnalistlərə bildirib ki, hücumda ölənlər çox güman ki, uzun lüləli odlu silahlarla vurulublar.
Hücumu “dəhşətli” adlandıran Velaskez bunun regionda görünməmiş bir hadisə olduğunu bildirib və qeyd edib ki, ərazi uzun müddətdir narkotik qaçaqmalçılığı dəstələri və kənd təsərrüfatı torpaqlarının işğalı səbəbindən münaqişəyə qarışıb.
Hücumlar Konqresin mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə yönəlmiş yeni təhlükəsizlik islahatlarını qəbul etdiyi həftə baş verib. Lakin hökumət son illərdə ölkədə qətl hallarının azaldığını iddia edib.
E.ŞİRİNOV