Əsas məzmuna keç

Trampa sui-qəsd planı hazırlayan SEPAH-çı Türkiyədə ələ keçib

ABŞ -da  daha bir narahatlığa son qoyuldu: belə ki, Türkiyədə həbs olunaraq ABŞ-a ekstradisiya edilən şəxs İvanka Trampa qarşı sui-qəsd planı hazırlayıb. Tezadlar.az “New York Post”a istinadla bilditir ki, İranla (SEPAH) əlaqəli olduğu iddia edilən bu şəxs 2020-ci ildə Qasim Süleymaninin öldürülməsinə cavab olaraq Donald Trampın qızı İvanka Trampa qarşı sui-qəsd planı hazırlayıb. “New York Post” yazır ki, 32 yaşlı iraqlı Məhəmməd Baqir Saad Davud əl-Saadi İvanka Trampı öldürməyə and içib və onun Florida ştatındakı evinin planını əldə edib. Məlumata əsasən, şübhəli şəxs Süleymaninin ölümündən sonra Tramp ailəsini hədəfə alaraq intiqam almağı planlaşdırıb. Xəbərdə qeyd olunur ki, əl-Saadi 15 may tarixində Türkiyədə saxlanılıb və daha sonra ABŞ-a təhvil verilib.

İstintaq dindirilmələri davam edir.
Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…