Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 May 2026 / 06:44

Konqoda Ebola virusuna yoluxma şübhəlilərinin sayı 900-ü keçib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma şübhəlisi olan 900-dən çox hal barədə məlumatları var.

Tezadlar.az bildirir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

Qebreyesus açıqlamasında yazıb: “İndiyə qədər 900-dən çox şübhəli hal müəyyən edilib, o cümlədən 101 təsdiqlənmiş hal var”.

Onun sözlərinə görə, 5 milyon insanın yaşadığı İturi əyalətində epidemiyanın episentrində hər dörd nəfərdən birinin humanitar yardıma ehtiyacı var və hər beş nəfərdən biri evlərini tərk edib. ÜST-ün baş direktoru qeyd edib ki, ölkədəki döyüşlər Ebola xəstələrinin təmaslarını izləmək və xəstəliyi erkən aşkar etmək səylərinə mane olur.

Hazırkı Ebola epidemiyasının episentri KDR-in şərqindəki İturi əyalətindədir. Orada ilk ölüm hadisəsi 24 apreldə qeydə alınıb. Epidemiyanın əyalət paytaxtı Bunia ətrafındakı ərazidəki qızıl mədənçiləri arasında yarandığı güman edilir. Konqo Demokratik Respublikasının səhiyyə xidməti ilk həyəcan siqnallarını 5 mayda İturidən alıb. Doqquz gün sonra Konqo səhiyyə rəsmiləri epidemiyanın törədicisini – peyvəndi və ya spesifik müalicəsi olmayan Ebola-Bundibugyo virusunu müəyyən ediblər.

Dərhal Konqo Demokratik Respublikasında və qonşu Uqandada epidemiya elan edilib. 17 may gecəsi Ümumdünya Səhiyyə Təşkilatı bu iki ölkədə Ebola epidemiyasını qlobal səhiyyə fövqəladə vəziyyəti elan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!