28 May 2026 / 16:14

ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəldi- ŞƏRTLƏR

ABŞ və İran atəşkəsin 60 gün uzadılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün anlaşma memorandumu barədə razılığa gəliblər. Tezadlar.az CNN- ə istinadla  xəbər verir ki, bu barədə “Axios” portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid sosial mediada məlumat verib.

“ABŞ və İran anlaşma memorandumu ilə bağlı razılığa gəliblər. Lakin Prezident (ABŞ) Donald Tramp hələlik yekun razılığını verməyib. Prezident vasitəçilərə bildirib ki, yekun qərar verməzdən əvvəl bunu nəzərdən keçirmək üçün bir neçə günə ehtiyacı var”, – deyə o, vasitəçilikdə iştirak edən iki yüksək vəzifəli ABŞ rəsmisinə və regional mənbəyə istinadən qeyd edib.

Memorandumda İran uran zənginləşdirilməsi və ehtiyatlarından imtina məsələsini danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürür. İran 30 gün ərzində Hörmüz boğazındakı minaları təmizləməlidir. ABŞ İranın aktivlərinin azad edilməsi və sanksiyaların ləğvi məsələsini müzakirə etməyi öhdəsinə götürür. ABŞ İrana qarşı blokadanı ləğv edəcək Blokadanın ləğvi Hörmüz boğazından gəmiçilik bərpa olunduqca baş verəcək

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!