Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Konqo Demokratik Respublikasında Ebola virusunun yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlanmasının təsirli bir yol olmadığını bildirib. Tezadlar.az xəbər verir ki, baş direktor bu barədə Kinşasada keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu cür məhdudiyyətlər virusun yayılmasını yalnız müvəqqəti olaraq yavaşlada və hakimiyyət orqanlarına bir neçə gün vaxt verə bilər: “Lakin problemi bütövlükdə həll etmir”. ÜST rəhbəri xəstəliyə qarşı mübarizədə əsas vasitələrin sanitar tədbirlər, tibb işçilərinin operativ işi və birbaşa epidemiyanın baş verdiyi yerdə dəstək olaraq qaldığını vurğulayıb.
Daha əvvəl Uqanda hakimiyyəti Ebola virusunun yayılması riski səbəbindən Konqo Demokratik Respublikası ilə sərhədi müvəqqəti olaraq bağlamışdı. Ruanda da oxşar tədbirlər görmüş, Zambiya isə səhiyyə monitorinqini gücləndirmişdi.
Beləliklə, daha bir virus dünyaya meydan oxumaqda qərarlıdır…
Səbuhi