Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, müasir tibb boyun çevrəsinin böyük olmasını orqanizmdə baş verən daxili pozğunluqların ciddi göstəricisi kimi qiymətləndirir.
Mütəxəssislərin fikrincə, bu problem həm kişilər, həm də qadınlar üçün актуaldır və bu nahiyədə artıq piy yığılması ürək-damar fəsadları, insult və digər təhlükəli xəstəliklərin erkən və dəqiq siqnalı ola bilər.
Bu nahiyədə piy yığılması çox vaxt qarın boşluğundakı daxili orqanları əhatə edən gizli visseral piylə əlaqəli olur. Buna görə ayaqları nisbətən incə, lakin boynu qalın olan insanlar yüksək risk qrupuna daxil edilir. Belə piy paylanması ürək və damar sistemi üçün aşağı bədən hissəsinin klassik piylənməsindən daha təhlükəli hesab olunur.
Boynun qalınlaşması hər zaman artıq çəki ilə bağlı olmur. Bəzən bu, qalxanabənzər vəzin böyüməsi və ya düyünlərinin yaranması ilə əlaqəli ola bilər. Belə hallarda əlavə simptomlar müşahidə olunur:
• Hipotireoz zamanı: üşümə, dəri quruluğu, qəbizlik və səbəbsiz çəki artımı.
• Hipertireoz zamanı: ürəkdöyünmə, əl titrəməsi, əsəbilik və arıqlama.
Boynun qalınlaşması bədənin ciddi problemlər barədə erkən xəbərdarlıq siqnalı ola bilər. Boyun çevrəsinin vaxtında ölçülməsi, əsas laborator analizlərin izlənməsi və terapevtlə məsləhətləşmə ürək-damar xəstəliklərinin erkən mərhələdə qarşısını almağa kömək edə bilər.