Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2026 / 12:44

Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, Şərq intibahının zirvəsi hesab olunan şair, filosof və mütəfəkkir Əfzələddin Xaqani Şirvaninin zəngin bədii irsinin geniş kütlələrə çatdırılması məqsədilə iki videoçarx hazırlanmışdır. “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  28 yanvar 2026-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış videoçarxlar Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyaşöhrətli şair, filosof və mütəfəkkir Xaqani Şirvani dəyərli fikirləri ilə başlayır. Birinci videoçarxda Xaqaninin keşməkeşli həyat yoluna, saray mühitinə qarşı üsyankar ruhuna və azadlıq fəlsəfəsi haqqında məlumatlar yer alır. Bildirilir ki, 8 yaşında atasını itirən Əfzələddin əmisinin himayəsində böyümüş və ərəb əlifbasını, xəttatlıq qanunlarını və Quranı öyrənməklə təhsilinə başlamışdır. Şairin məşhur Şərq səyahəti, Şirvanşahlar sarayındakı fəaliyyəti və ömrünün son illərini keçirdiyi Təbriz dövrü təsvir olunub. Videoçarxda Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi ilə Xaqani Şirvaninin tarixi görüşünü əks etdirən məşhur “Nizami” filmindən kadrlar da nümayiş olunur. İkinci videoçarxda mütəfəkkirin ədəbi irsinə – onun fəlsəfi lirikasına və epik poemalarına fokuslanır. Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik zirvəsinə çatmışdır. Qeyd olunur ki, böyük şairimiz fars dilində yazıb-yaratmışdır. O, “Töhfətül-İraqeyin” əsəri ilə Azərbaycan ədəbiyyatında poema janrının əsasını qoymuşdur. “Töhfətül-İraqeyn” məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsur məktubları mürəkkəb bədii tərzi ilə diqqəti cəlb edir. Bildirilir ki, “Mədain xərabələri” adlı məhşur fəlsəfi qəsidəsində İran dövlətinin keçmiş paytaxtı olan Mədain xərabələri şairi dərin, sarsıdıcı, ibrətli düşüncələr aləminə aparmışdır. Şairin nəzərində Mədainin xərabələri ibrət aynasıdır. Videoçarxda M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən yazıçı Şahzadə İldırımın və şair-qəzəlxan Ceyhun Möhübbinin səsləndirdiyi böyük şairin qəzəlləri də yer alır.

JASMİN

Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=qGskpwvkjEE

https://www.youtube.com/watch?v=Rft-99Q6PgU

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!