Ukrayna Krımın Simferopol şəhərinə dron zərbələri endirib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb. Tezadlar.az “Rossiyskaya qazeta”ya istinadla bildirir ki, pilotsuz uçuş aparatı şəhərdəki qeyri-yaşayış obyektlərini hədəfə alıb. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir, hücumun nəticələri dəqiqləşdirilir. Yaralılara zəruri tibbi yardım göstərildiyi bildirilir.
Ukrayna Krıma dron zərbələri endirdi: 3 nəfər ölüb, 7 nəfər yaralanıb






