Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2026 / 16:00

Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 3-də və 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu keçirib.
DİN-in Mətbuat Xidmətindən Tezadlar.az  -a verilən məlumata görə, nazir əvvəlcə Qazax rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 211 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN DQ-nin Ağstafa rayonunda yerləşən hərbi hissəsində polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 238 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!