Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan iqlim fəaliyyətində həm qlobal, həm regional, həm də milli səviyyədə mühüm və əhəmiyyətli rol oynayır.
Tezadlar.az xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.
O, Azərbaycanın COP29-a ev sahibliyi etməsini xatırladıb:
” Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü liderlik nəticəsində mühüm öhdəliklər və nəticələr əldə olundu. 2024-cü ildə burada keçirilən iqlim danışıqları dünyanın 2035-ci ilə qədər iqlim maliyyələşdirilməsi üçün 300 milyard dollar səfərbər edilməsi ilə bağlı razılığa gəlməsinə yol açdı.
Bildiyimiz kimi, ötən ay Bakı Ümumdünya Şəhər Forumuna da ev sahibliyi etdi. Forum dünya üzrə şəhərlərdə və təbiətdə iqlim dayanıqlığının gücləndirilməsi zərurətini ön plana çıxardı”.
Onun sözlərinə görə, dünyanın hər bir ölkəsi iqlim dəyişikliyinə məruz qalır:
“Bu bizi ümidsizliyə düçar etməməlidir. Biz öz tariximizi özümüz yazmalıyıq. İqlim dəyişmələrinin sürətini azaltmalıyıq. İqlim Fəaliyyəti Millətlər və xalqlar üçün böyük fürsətdir. Əgər indi tədbir görsək, 2050-ci ilədək milyonlarla ölümün, risklərin qarşısını ala bilərik”.