Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin Rəqabət Şurası “Meta” (“Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibidir) transmilli texnologiya şirkəti ilə bağlı araşdırmaya başlayıb.
Tezadlar.az AZƏRTAC-a istinadən xəbər verir ki, araşdırmaya “WhatsApp” istifadəçilərinin “Meta AI” istisna olmaqla digər virtual assistentlərə və çat-botlara çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı şikayətlər səbəb olub.
Hərtərəfli araşdırmanın yekununda “Meta” şirkətinin bazardakı dominant mövqeyindən sui-istifadə edib-etmədiyi müəyyənləşdiriləcək.
Rəqabət Şurasında bildiriblər ki, Türkiyədə milyonlarla istifadəçinin “WhatsApp”dan yararlandığını nəzərə alaraq, məqsəd rəqəmsal bazarlarda rəqabətin qorunmasını təmin etməkdir.
“Meta” şirkətinə “WhatsApp” vasitəsilə xidmət göstərilərkən süni intellekt əsaslı rəqib çat-botlar üçün maneələr yaratmamaq tapşırılıb. Bu tələblərin yerinə yetirilməsi üçün şirkətə bir ay vaxt verilib. Əks halda “Meta” iri məbləğdə cərimə ilə üzləşə bilər.
Ekspertlərin fikrincə, Türkiyənin Rəqabət Şurasının apardığı araşdırma rəqəmsal platformalarda istifadəçilərin seçim azadlığı baxımından mühüm əhəmiyyət kəsb edir.