Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sivasın Suşehri rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, qəza saat 22:00 radələrində D-100 avtomobil yolunun Beydeğirmen kəndi qovşağında baş verib. Qohumlarını ziyarətə gedən Ənvər Aydının idarə etdiyi 58 EP 746 nömrə nişanlı avtomobil qovşaqda Səlim Bayramın idarə etdiyi 58 BN 170 nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə yerinə tibbi, AFAD (Fəlakət və Təcili Yardım İdarəetməsi) və jandarma qrupları göndərilib. Tibbi qruplar Ənvər Aydının həyat yoldaşı Songül Aydının öldüyünü müəyyən ediblər.
Yaralı sürücülər və 58 BN 170 nömrə nişanlı avtomobildə olan Sultan İşık təcili yardımla Suşehri Dövlət Xəstəxanasına aparılıb.
Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir. Songül Aydının cəsədi qəza yerində müayinədən sonra morqda aparılıb.
Qəza ilə bağlı araşdırma başlanıb.
E.ŞİRİNOV