Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır.
Tezadlar.az-ın xarici mətbuata istinadən bildirdiyinə görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanması prosesi xeyli ləng gedir.
Mütəxəssislər bildirirlər ki, əlavə dil öyrənmək beyin üçün müsbət təsir göstərir, neyron əlaqələri gücləndirir və yaşlanma riskini azaldır. Xüsusilə bir dildə danışan insanlarda sürətli qocalma riski daha yüksəkdir.
Alimlər hər kəsə yeni dil öyrənməyi və beyin fəaliyyətini aktiv saxlamağı tövsiyə edirlər.