8 İyun 2026 / 08:08

Dominikanda özəl təyyarə qəzaya uğrayıb, ölənlər var

Dominikan Respublikasının cənub sahilindəki La-Romana şəhəri yaxınlığında baş verən təyyarə qəzasında Amerika qeydiyyatlı kiçik özəl təyyarənin iki pilotu həlak olub.

Tezadlar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza şəhərin hava limanına təcili eniş zamanı baş verib.

Belə ki, təyyarə eniş edərkən partlayıb və hər iki pilot hadisə yerində ölüb.

Təyyarə Puerto-Rikodan qalxıb və Hyustona gedirmiş. Dominikan Mülki Aviasiya İnstitutunun məlumatına görə, təyyarənin pilotu La-Romanadan 16 dəniz mili məsafədə olarkən texniki nasazlıq səbəbindən təcili eniş tələb edib.

Qeyd olunub ki, təyyarə ABŞ-də biznes aviasiyası ilə məşğul olan bir şirkətdə qeydiyyatdan keçib. Ölən iki pilotdan başqa, göyərtədə başqa heç kim olmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!