9 İyun 2026 / 12:51

Kredit üçün əmlaklarını banka girov qoydular və nəticədə müsabiqə yolu ilə hərraca çıxarıldı…

“Aqrarkredit” QSC BOKT-un balansındakı əmlaklar növbəti dəfə hərraca çıxarılıb.

Tezadlar.az  xəbər verir ki, müxtəlif illərdə banklardan kredit götürmək üçün girov qoyulan və sonradan banklara, oradan isə “Aqrarkredit” QSC BOKT-un balansına keçən əmlaklar müsabiqə yolu ilə satışa çıxarılır.

Elana əsasən bu dəfə müsabiqəyə Bakı və Abşeron rayonu, Gəncə və Şəkidəki əmlaklar çıxarılıb. Satışa çıxarılan əmlaklar arasında yaşayış evləri, obyektlər, ofis sahələri, torpaq sahələri, fərdi evlər və sair var. Əmlakların ilkin qiyməti isə 100 min manatdan başlayaraq 3-4 milyon manata yüksəlir.

Qaydaya görə, müsabiqədə iştirak etmək istəyənlər əmlakın ilkin qiymətinin 0,5% faizi həcmində beh ödəməlidirlər.

Hərracda iştirak etmək üçün ərizələrin qəbulu mayın 26-dan başlayıb və iyunun 19-dək davam edəcək, müsabiqə qalibi iynuun 24-də müəyyən ediləcək. Müsabiqə Maliyyə Nazirliyinin binasında keçiriləcək. Satışda olan əmlaklara və sənədlərə isə həftənin 3 və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında baxmaq olar.

Müsabiqəyə çıxarılan əmlaklar barədə məlumat:

1. Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 391 ünvanında yerləşən 2000 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 2.040.000,00 (iki milyon qırx min) manat.

2. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən 1625.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 1.530.000,0 (bir milyon beş yüz otuz min) manat.

3. Şəki rayonu, Daşüz kəndində yerləşən, kənd təsərrüfat təyinatlı 500 ha torpaq sahəsi (örüş yeri) üzərində icarə hüququ. Əmlak yüklü deyil. Start qiymət – 346.000,0 (üç yüz qırx altı min) manat.

4. Şəki şəhəri, Salman Mumtaz küçəsində 7,3 ha sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil.
Start qiymət – 795.000,0 (yeddi yüz doxsan beş min) manat.

5. Şəki şəhəri, Salman Mumtaz küçəsində 7,1 ha sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil.
Start qiymət – 770.000,0 (yeddi yüz yetmiş min) manat.

6. Şəki şəhəri, Salman Mumtaz küçəsində 29,8 ha sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil.
Start qiymət – 3.235.000,0 (üç milyon iki yüz otuz beş min) manat.

7. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 3,8666 ha torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı torpaqlar). Əmlak yüklü deyil. Start qiymət – 657.050,00 (altı yüz əlli yeddi min əlli) manat.

8. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 201C ünvanında yerləşən 242.3 kv.m sahədən ibarət qeyri yaşayış-sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 390.103,00 (üç yüz doxsan min bir yüz üç) manat.

9. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 195X ünvanında yerləşən 60.9 kv.m sahədən ibarət qeyri yaşayış-sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 102.312,00 (bir yüz iki min üç yüz on iki) manat.

10. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 197B ünvanında yerləşən 214.8 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 345.828,00 (üç yüz qırx beş min səkkiz yüz iyirmi səkkiz) manat.

11. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199B ünvanında yerləşən 61.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 103.656 (bir yüz üç min altı yüz əlli altı) manat.

12. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199D ünvanında yerləşən 68.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 115.248,00 (bir yüz on beş min iki yüz qırx səkkiz) manat.

13. Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küşəsi 65, bina 3 ünvanında yerləşən 418.1 kv.m və 244.1 kv.m sahədən ibarət 2 qeyri-yaşayış sahəsi bir lot üzrə. Əmlaklar yüklü deyil.Start qiymət müvafiq olaraq – 750.000,0 (yeddi yüz əlli min) manat və 384.458,00 (üç yüz səksən dörd min dörd yüz əlli səkkiz) manat.

14. Bakı şəhəri Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi,174 ünvanında yerləşən 493.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlaklar yüklü deyil. Start qiymət – 1.880.000,00 (bir milyon səkkiz yüz səksən min) manat

15. Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 68c ünvanında yerləşən, 176.1 kv.m sahədən ibarət fərdi yaşayış evi. Əmlaklar yüklü deyil. Start qiymət – 380.000,00 (üç yüz səksən min) manat

Əlaqələndirici şəxs: Şahin Seyidov 050-235-99-90
Əhəd Vəhədzadə 050-374-27-27

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!