Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2026 / 16:57

Baş nazir açıqlama verdi: “QAİ” cərimələrinin azaldılması müzakirə edilir!

Baş nazirin sözlərinə görə, son bir ilin statistikası göstərir ki, cərimələrin artırılması ilə yol hərəkəti qaydalarının pozulması hallarının azalması arasında birbaşa əlaqə müşahidə olunmayıb…

Baş nazir İrakli Kobaxidze bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin azaldılması məsələsi gündəmdədir…  Tezadlar.az Gürcüstan mediasına istinadla  xəbər verir ki, Baş nazir bu barədə hökumət administrasiyasında keçirilən brifinq zamanı danışıb. Baş nazirin sözlərinə görə, son bir ilin statistikası göstərir ki, cərimələrin artırılması ilə yol hərəkəti qaydalarının pozulması hallarının azalması arasında birbaşa əlaqə müşahidə olunmayıb. “Biz daim statistik göstəriciləri izləyirik və cərimələrin artırılmasının nəticələrə necə təsir etdiyini qiymətləndiririk. Son bir ilin məlumatlarında isə cərimələrin artması ilə pozuntuların azalması arasında birbaşa korrelyasiya görmədik. Buna görə də, cərimələrin əhali üçün yük olduğunu nəzərə alaraq, parlamentlə birlikdə onların azaldılması variantını müzakirə edəcəyik”.

Sitatın sonu!

XXX

Xatırladırıq ki, “Təzadlar”ın Araşdırma Qrupu bir müddət əvvəl Azərbaycanda da belə bir uyğunsuzluğu araşdırmışdır. Məlum olurdu ki, son 10 ildə cərimələr və qanun sərtləşsə də, bunların qayda pozuntuları ilə heç bir bağlılığı yoxdur! 

Bu da həmin araşdırma:  https://tezadlar.az/yolumuzun-c-ri-m-si-c-ri-m-mi-zi-n-yolu-arasdirma/

Bəs cərimələrin artırılmasında səbəb və məqsəd nədir? Görünür, Azərbaycanda qayda pozmaq üçün şərait yetərincədir! Məsələn, Bakıda AYNA bir tərəfdən, DYP o biri tərəfdən… Sürücülər isə  paytaxtda iki yol ayrıcında qalıb…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!