Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 13:43

Banklarda rəqəmsallaşmanın yüksəlişi fırıldaqçılığı da yüksəltdi…

“Bank sektorunda rəqəmsallaşma yüksəldikcə fırıldaqçılıq da yüksəlir”.

Tezadlar.az  xəbər verir ki, bu sözləri “Bank of Baku”nun ödəniş sistemləri departamenti direktorunun müavini Tamerlan Rüstəmov “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ​rəqəmsal ödəniş ekosistemi inkişaf elədikcə və rəqəmsal ödəniş dövriyyəsi yüksəldikcə, fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizənin aparılması prioritet sahələrdən biri olur:

“Bu istiqamətdə fəaliyyətin önə çəkilməsi artıq bir zərurətdir. Bugünkü paneldə Mərkəzi Bankın iki aparıcı rəhbər şəxsi məhz fırıldaqçılıq sahəsində fokuslanmış bu sahədə fəaliyyətin təşkilinin üzərində aktiv fəaliyyət göstərən iki aktiv nümayəndəsi iştirak edir. Artıq bu özü bir işarədir ki, bu sahədə göstərilən fəaliyyətin daha da təkmilləşdirilməsi Mərkəzi Bank üçün də prioritet bir mövzudur”.

Beynəlxalq Hesablaşmalar Bankının 2024-cü ildə “Rəqəmsal Fırıldaqçılıq və Bankçılıq” adında məruzəsinə görə, rəqəmsallaşmanın faydası ilə fırıldaqçılıq riski təsirləri bərabərdir. Rəqəmsallaşma yüksəldikcə fırıldaqçılıq bir qədər yüksəlir. Bir mərhələdən sonra isə artıq ekosistem özünün fırıldaqçılığa karşı mübarizəsini itirir. Nəticə etibarilə, “vəhşi qərb” formalaşır, fırıldaqçılıq riski kifayət qədər yuxarı qalxır, rəqəmsallaşma tendensiyası isə – rəqəmsallaşmanın isə gözlənilmir”, – deyə o, bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!