11 İyun 2026 / 08:50

Qızılın qiyməti ucuzlaşmaqda davam edir

Qızılın dünya bazarındakı qiyməti azalmaqda davam edir.

COMEX birjasının məlumatlarına əsasən, 2026-cı ilin avqust ayı üzrə qızıl füçerslərinin dəyəri bir Trua unsiyası üçün 4 100 ABŞ dollarından aşağı düşüb. Bu, noyabrın 24-dən bəri ilk belə haldır.

Yerli vaxtla saat 00:11-ə olan məlumata görə, qızılın qiyməti 4.53% azalaraq bir unsiya üçün 4 092.3 dollar təşkil edib.
ABŞ-ın İrana qarşı yeni zərbələri isə enerji qiymətləri ilə bağlı inflyasiya narahatlıqlarını yenidən gündəmdə saxlayıb.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!