Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qərb zonasında gecə saatlarında yağan intensinv yağış Göygöl rayonunda da bir sıra fəsadlar törədib.
Tezadlar.az-ın verdiyi məlumata görə, Göygöl şəhərində güclü küləklə müşahidə olunan leysan yağışı nəticəsində şəhərin bəzi ərazilərində ağaclar aşıb. Aşab ağaclardan biri minik avtomobilinin, digəri isə evakuator maşınının üzərinə düşüb.
Həmçinin bir neçə fərdi yaşayış evinə su dolub, həyətlərdə olan ağaclar aşıb.
Aidiyyəti qurumlar tərəfindən ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür.