Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2026 / 19:26

Xızıda quş ətləri belə antisanitariya vəziyyətində kəsilib satışa göndərilirmiş – VİDEO

Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Xızı rayonunun Sitalçay kəndində yerləşən, fiziki şəxs Haqverdiyev Rüfət Naib oğluna məxsus həyətyanı sahədə yoxlama aparıblar.

Tezadlar.az  AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı ərazidə quşların antisanitar şəraitdə və baytarlıq baxışından keçmədən kəsildiyi, quş əti məhsullarının baytarlıq-sanitariya ekspertizası aparılmadan satışa çıxarıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhdudlaşdırıcı qərar qəbul edilib. Quş əti məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Daha ətraflı:

https://www.youtube.com/watch?v=4Clbgm9OlmY

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!