Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/2
Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Xızı rayonunun Sitalçay kəndində yerləşən, fiziki şəxs Haqverdiyev Rüfət Naib oğluna məxsus həyətyanı sahədə yoxlama aparıblar.
Tezadlar.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı ərazidə quşların antisanitar şəraitdə və baytarlıq baxışından keçmədən kəsildiyi, quş əti məhsullarının baytarlıq-sanitariya ekspertizası aparılmadan satışa çıxarıldığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhdudlaşdırıcı qərar qəbul edilib. Quş əti məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Daha ətraflı: