Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İyunun 11-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 134, o cümlədən borclu şəxs qismində axtarışda olan 106, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eləcə də narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə çəkisi 35,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan çox marixuana, 6,7 kiloqrama yaxın həşiş, 2 kiloqrama yaxın tiryək, 1,5 kiloqrama yaxın heroin, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 1113 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub. Yabanı halda bitmiş 10,2 ton çəkidə 21 min 235 ədəd çətənə kolu da aşkar olunaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 tapança, 1 qumbaraatan, 5 tüfəng, 28 patron darağı və 979 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.