12 İyun 2026 / 19:38

Yoluxucu xəstəlikdən zərər görən fermerlərə dəstək

Aqrar Sığorta Fondu (ASF) Göygöl və Samux rayonlarından olan fermerlərə heyvandarlıq sığortası üzrə ödənişlər edib.

Tezadlar.az xəbər verir ki, Samux rayonunun Füzuli kəndindən olan fermer Mikayıl Camalova məxsus 2 baş iribuynuzlu heyvan yoluxucu xəstəlikdən tələf olduğuna gərə Fond tərəfindən 11 700 manat zərər ödənişi edilib.

Bundan əlavə, Göygöl rayonunun Yeni Qızılca kəndindən olan fermer Mustafa Bəhruza məxsus 2 baş iribuynuzlu heyvan yoluxucu xəstəlikdən tələf olduğuna görə, ona 7 950 manat aqrar sığorta ödənişi həyata keçirilib. Fermerlərə sığorta ödənişləri Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev və Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov tərəfindən təqdim edilib.

Xatırladaq ki, ASF ümumilikdə indiyədək heyvandarlıq sığortası üzrə fermer və təsərrüfatlara 3,5 milyon manat sığorta ödənişi həyata keçirib. Ən çox baş verən sığorta hadisələri, yoluxucu xəstəliklər, yemdən otdan zəhərlənmə, vəhşe heyvan hücumu hallarıdır. Dövlət dəstəkli olmasına, yəni sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsinə görə, heyvanların aqrar sığorta vasitəsilə sığortalanması fermerlər üçün olduqca əlçatandır.

Belə ki, 1000 manatlıq iribuynuzlu heyvanın (inək və ya camış) illik sığortalanması fermerə cəmi 24-39 manata, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) sığortalanması isə fermerlərə cəmi 7-11 manata başa gəlir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!