14 İyun 2026 / 17:54

İrandan ABŞ-a Livanla bağlı cavab: İsrail hücumları davam edərsə, danışıqlar dayandırıla bilər

İran Parlamentinin sədri və baş danışıqçısı Məhəmməd Bağır Qalibaf bildirib ki, “İsrailin cənubi Beyruta hücumu ABŞ-ın ya öhdəliklərini yerinə yetirmək üçün iradəsinin, ya da qabiliyyətinin olmadığını göstərir”.

Tezadlar.az xəbər verir ki, İran İsrailin Livana hücumları ilə bağlı danışıqlar apardığı ABŞ-a reaksiya verib.

Qalibaf bildirib ki, İsrailin cənubi Beyruta hücumu ABŞ-ın ya öhdəliklərini yerinə yetirmək üçün iradəsinin, ya da qabiliyyətinin olmadığını göstərir.

“Pis polis, yaxşı polis” oyununun köhnəldiyini bildirən Qalibaf danışıqlar prosesinin dayandırıla biləcəyi barədə xəbərdarlıq edərək deyib: “Əgər öhdəliklərinizi yerinə yetirmək üçün iradəniz və qabiliyyətiniz yoxdursa, danışıqlar prosesinin davam etdirilməsindən danışmaq mümkün deyil”.

İran ordusu: İsrail hücumları cavabsız qalmayacaq

İran Silahlı Qüvvələrinin müharibə aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının Müfəttişlik rəisinin müavini briqada generalı Məhəmməd Cəfər Əsədi İsrailin Beyrutun Dahiyyə rayonuna hücumlarının cavabsız qalmayacağını bildirib.

İşğalçı İsrail Livanın paytaxtı Beyrutun Dahiyyə rayonuna və ölkənin cənubuna hava hücumları təşkil edərək ən azı 8 nəfərin ölümünə səbəb olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!