Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Artıq çəki oynaq sağlamlığına ən çox təsir edən amillərdən biridir.
“Tezadlar.az” xəbər verir ki, bunu 93 FM efirində travmatoloq-ortoped Valid Novruzov açıqlayıb.
Onun sözlərinə görə, insanların çoxu bunu yalnız estetik məsələ kimi qəbul etsə də, əslində artıq çəki ilk növbədə diz və bud-çanaq oynaqlarına əlavə yük deməkdir:
Valid Novruzov onu da qeyd edib ki, ən vacib məqamlardan biri odur ki, artıq çəkinin azaldılması bir çox hallarda əməliyyatı gecikdirə və ya ağrıların azalmasına kömək edə bilər:
“Sağlam qidalanma, düzgün fiziki aktivlik və əzələlərin gücləndirilməsi oynaqların qorunmasında çox böyük rol oynayır. İnsanlar çox vaxt ağrını yaşlanmanın normal hissəsi hesab edərək, həkimə gec müraciət edirlər. Halbuki erkən mərhələdə başlanılan müalicə həm oynağın qorunmasına, həm də gələcəkdə daha ağır problemlərin qarşısının alınmasına kömək edir”.