Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyun 2026 / 13:26

Bakıda bu avtoxuliqan həbs edildi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradan sürücü saxlanılıb. Tezadlar.az DİN-ə istinadla bildirir: müəyyən olunub ki, “Khazar” markalı avtomobilin sürücüsü Eltun Həşimov nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edib. Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb, özü isə 25 sutka inzibati qaydada həbs edilib. Narkotik vasitənin təsiri altında sükan arxasına əyləşmək həm öz həyatınızı, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyur. Yol hərəkəti qaydalarına etinasızlıq və avtoxuliqanlıq yollarda faciələrə səbəb ola bilər.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!