17 İyun 2026 / 19:06

Alimlərdən geomaqnit vəziyyəti ilə bağlı açıqlama

ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi 18-20 iyun 2026-cı il tarixləri üçün Günəş və geomaqnit aktivliyi ilə bağlı yeni proqnoz yayımlayıb.

Tezadlar.az xəbər verir ki, proqnoza əsasən, iyunun 18-dən 20-dək K-indeksinin 2-3 səviyyəsində olacağı gözlənilir.

Bu göstərici yaşıl səviyyə hesab olunur və yalnız zəif geomaqnit dalğalanmalarını ifadə edir. Alimlər bildirirlər ki, bu cür dəyişikliklər insanların əksəriyyəti üçün təhlükə yaratmır. Həmin dövrdə güclü maqnit qasırğalarının baş verməsi ehtimalı çox aşağı qiymətləndirilir və kosmik hava şəraitinin sabit qalacağı gözlənilir.

 

Mütəxəssislərin fikrincə, həftənin sonu Günəş aktivliyi baxımından sakit keçəcək. Güclü alışmalar, kəskin enerji sıçrayışları və ciddi geomaqnit pozuntuları proqnozlaşdırılmır.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!