Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistanın Uttar-Pradeş ştatında iki nəfəri öldürdüyü ehtimal olunan pələngin axtarışları aparılır.
Tezadlar.az xarici nətbuata istinadən xəbər verir ki, iyunun 14-də yırtıcı Ramnaqar kəndi yaxınlığında şəkər qamışı yığan 60 yaşlı fermerə hücum edib.
Ertəsi gün qonşu kəndin 50 yaşlı sakini hücumun qurbanı olub. Daha sonra yerli sakinlər onun qalıqlarını tapıblar.
Meşə təsərrüfatı departamenti nümayəndələrinin ehtimalına görə, hadisə yerləri bir-birindən təxminən 2,5 km aralıda yerləşdiyindən hər iki hücumu eyni pələng törətmiş ola bilər.
Heyvanı tutmaq üçün ərazidə yemli qəfəslər və tələlər quraşdırılıb, həmçinin dronlardan istifadə edilməklə ərazinin monitorinqi aparılır.
Nəşrin məlumatına görə, son iki ayda bu ərazidə altı nəfər vəhşi heyvanların qurbanı olub.