Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 11:06

“Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin” – Mərhum Zəhranın atası

Valideyinlərə, xüsusilə atalara tövsiyyələrim var, bunları nəzərə alın ki həyat sizi yandırmasın.
Bu sözləri iki gün öncə  Bakı – Sumqayıt yolunda baş verən qəza nəticəsində həyatını itirən Zəhranın atası – tanınmış hüquqşünas, vəkil Fərhad Mehdiyev sosial şəbəkə hesabında bildirib.
O son illər vaxt darlığı səbəbindən, həm də qızına sərbəstlik vermək baxımından onun tərbiyəsi ilə çox sıx maraqlanmadığını və buna görə son nəticədə özünü qınadığını bildirib. O, valideynlərə ismarış göndərib:
“Son 2 ildir ki mən qızımın tərbiyəsinə ciddi qarışmırdım, – reklam çəkib pul qazanırdı, hətta mənə “ata bloqqerlər vəkillərdən çox pul qazanır” deyirdi. Bir tərəfdən müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirdim. Mən onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o da incəsənətdə oxumaqda israrlı idi.
Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə “pis ata”, lap “abyuser” desinlər; səbrlə uşaqlarınızı 23- 25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin.
Siz onlara nəzarət etməsəniz – “öz həyatım var, işlərim çoxdur” deyə – bir gün peşmanlığınız və ağrılarınıza, mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz.
Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin. Sevgi, qayğı və nəzarətdən ibarət bir tərbiyə vermək hər bir valideynin funskiya və borcudur.
Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə əslində heç bir qazancı, təsəllisi yoxdur”, -deyə Fərhad Mehdiyev qeyd edib.
Xatırladaq ki, Fərhad Mehdiyevin  qızının idarə etdiyi motosiklet  hərəkətdə olan yolda dayanmış “Mercedes-Benz” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində ağır xəsarətlər alan Zəhranı həyatını xilas etmək mümkün olmayıb.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!