Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 13:25

Hüquqşünas qızının videolarını paylaşıb qınayanlara səsləndi: 17 yaşı vardı-nə videolar çəkibsə, yaxşı, əcəb eləyib…

“Əzizlərim, ağrını başa düşmək olmur, onu ancaq hiss etmək olur, əgər o ağrını yaşayırsansa. Allah heç kəsə yaşatmasın…”. 
Bu sözləri iki gün öncə  Bakı – Sumqayıt yolunda baş verən qəza nəticəsində həyatını itirən Zəhranın atası – tanınmış hüquqşünas, vəkil Fərhad Mehdiyev sosial şəbəkə hesabında bildirib.
“Ağ mersedesin sürücüsünün təqsiri barəsində: yayılan videodan tam məlum olmadığına görə, sürücünün dayanması ilə qəzanın arasında keçən zamana baxılmalıdır, əgər sürücünün tədbir almağa vaxtı olmayıbsa, – o bagajını açmalı idi və avtomobilin arxasında xəbəredici işarə qoymalı, + onun avtomobilində olan nasazlıq təxmin oluna bilən nasazlıq olmayıbsa, o təqsirli sayılmayacaq.
Yox, əgər sürücü avtomobilində olan nasazlıq haqda məlumatlı olubsa – bunu da ekspertiza müəyyən edir, belə halda yolun sol tərəfi ilə sürə bilməzdi və sağ tərəfdən sürülməli idi, üstəlik, avtomobil dayandıqdan dərhal sonra sürücü arxaya keçərək 20 metrə arxadan xəbər edici nişan yerləşdirməyibsə, o zaman təqsirli sayılmalıdır.
 Qızım aktrisa, model olmağa çalışırdı, mən o seçimini dəstəkləməsəm də. Bununla bağlı nə videolar çəkibsə, yaxşı, əcəb eləyib. 17 yaşı vardı, çox yaradıcı idi. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi. Bəzi insanlar saxta əxlaq yanaşmaları qoyaraq onu qınamağa çalışsalar da, yazdıqları çox cılızdır və yazı sahibinin insanlıq, empatiya və vicdan hissindən mərhum olduqlarını göstərir…”, -deyə hüquqşünas qeyd edib.
Xatırladaq ki, Fərhad Mehdiyevin  qızının idarə etdiyi motosikleti yolun hərəkət zolağında dayanmış “Mercedes-Benz” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində ağır xəsarətlər alan Zəhranı həyatını xilas etmək mümkün olmayıb.
SARA
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!