Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib.
Bu barədə Tezadlar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yarışın ilk günündə komandaların tərkibi yoxlanılıb, birinciliyin ardıcıllığını təmin etmək üçün püşkatma keçirilib.
Birincilik uğrunda mübarizə aparan hərbi qulluqçular 11 komanda tərkibində atış, qumbaraatma və 3 kilometr məsafəyə kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar.
İdmançıların topladıqları nəticələrə uyğun olaraq, fərdi və komanda hesabı uğrunda yerlər hakimlər tərəfindən müəyyən edilib.
Sonda qalib komandalar və fərdi hesabda fərqlənənlər diplom, kubok və medallarla mükafatlandırılıb.