Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2026 / 22:14

“London Taxi”ni qaçıran şəxs həbs edildi

Bakıda “London Taxi” markalı avtomobil qaçırılıb.

Tezadlar.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

İttiham aktına görə, 39 yaşlı Kərim Dadaşov (ad və soyad şərtidir) Xətai rayonu, Əbilov küçəsində “NİVA” markalı avtomobilin qapısını açıq görərək sükanı arxasına keçib. Avtomobilin açarı üzərində olduğu üçün Kərim nəqliyyat vasitəsini idarə edərək bir qədər sürüb. Daha sonra maşından düşərək piyada gəzib və “Bolt” şirkəti vasitəsilə taksi çağıraraq, evinə gedib.

Bundan başqa, o, yol kənarında dayanan bənövşəyi rəngdə “London Taxi” markalı avtomobilin qapısını açıq görərək, onu da qaçırıb. Nəqliyyat vasitəsini Binəqədi rayon İcra Hakimiyyəti binasının yaxınlığında saxlayıb. Buradan düşərək, evinə piyada gedib. Kərim Dadaşovun sözlərinə görə, “London Taxi” avtomobilini qaçırarkən narkotikin təsiri altında olub.

Bu əməlinə görə, Kərim polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Zərərçəkənlər məhkəmədə verdikləri ifadədə ondan şikayətçi olmadıqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə Kərim Dadaşov 2 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!