Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2026 / 23:59

Ov zamanı kişini üzündən güllələdi

Rusiyanın Udmurtiya Respublikasında 69 yaşlı kişi ov zamanı ehtiyatsızlıqdan 38 yaşlı kişini üz nahiyəsindən güllələyib.

Tezadlar.az xəbər verir ki, bu barədə respublika prokurorluğu məlumat yayıb.

Hadisə Seltinski rayonundakı su hövzələrindən birinin bəndində baş verib. Təqaüdçü qunduz ovlayarkən aydın görünməyən hədəfə atəş açıb. Nəticədə güllə təsadüfən yaxınlıqda olan 38 yaşlı kişinin üz nahiyəsinə dəyib.

 

 

Zərərçəkən ağır bədən xəsarətləri alıb.

Faktla bağlı ovçu barəsində cinayət işi açılıb. İstintaq başa çatdıqdan sonra iş məhkəməyə göndərilib.

Təqsirləndirilən şəxs təqsirli bilinərsə, onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!