Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xalq artisti Nürəddin Mehdixanlı boşanmaların artmasından danışıb.
Tezadlar.az xəbər verir ki, sənətçi bu barədə “2+1 Podcast” yutub layihəsində fikirlərini bölüşüb. N.Mehdixanlı boşanmaların əsas səbəbinin sevgisizlik olduğunu bildirib:
“2025-ci ildə 38 min azərbaycanlı ailə qurub. Onun 18 mini boşanıb. Niyə? Sevgi olmadığından. Güzəşt bəhanələrdir. Kanallarda ekspertlər çıxır, baxırsan, bunun həyatı nədir? Bu nə öyrədə bilər? Durub ailə eksperti kimi çıxış edir. Sən nə görmüsən, nə öyrədə bilərsən? Əgər azadlıq adı altında ailələrin dağılmasına rəvac verirsənsə, xalqın düşmənisən. Azərbaycan ailə institutunun düşmənisən. O yerdə sevgi, inam, etibar varsa, dağıla bilməz. Təməlində yalan, hesab, bazar olan ailə dağılacaq”.