Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2026 / 16:32

Xalq artisti efirlərə çıxan ekspertləri sərt tənqid etdi

Xalq artisti Nürəddin Mehdixanlı boşanmaların artmasından danışıb.

Tezadlar.az  xəbər verir ki, sənətçi bu barədə “2+1 Podcast” yutub layihəsində fikirlərini bölüşüb. N.Mehdixanlı boşanmaların əsas səbəbinin sevgisizlik olduğunu bildirib:

“2025-ci ildə 38 min azərbaycanlı ailə qurub. Onun 18 mini boşanıb. Niyə? Sevgi olmadığından. Güzəşt bəhanələrdir. Kanallarda ekspertlər çıxır, baxırsan, bunun həyatı nədir? Bu nə öyrədə bilər? Durub ailə eksperti kimi çıxış edir. Sən nə görmüsən, nə öyrədə bilərsən? Əgər azadlıq adı altında ailələrin dağılmasına rəvac verirsənsə, xalqın düşmənisən. Azərbaycan ailə institutunun düşmənisən. O yerdə sevgi, inam, etibar varsa, dağıla bilməz. Təməlində yalan, hesab, bazar olan ailə dağılacaq”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!