Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda iyulun 1-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət isə gecə 65-70, gündüz 40-45 faiz təşkil edəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə yağıntıların bəzi yerlərdə güclənəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 17-22, bəzi yerlərdə 24-28 dərəcə isti olacaq.