5 İyul 2026 / 09:50

XƏBƏRDARLIQ! Bu marşrut üzrə reyslərdə gecikmələr və ya təxirə salınmalar ola bilər

Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə iyulun 5-nə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Tezadlar.az-a bildiriblər ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaq.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!