Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2026 / 08:06

DÇ-26: Belçika 1/4 finalda- RƏQİB KİM OLACAQ?

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir. Tezadlar.az İTV- yə istinadla xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında ABŞ və Belçika milliləri üz-üzə gəliblər. Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb. Matça Belçika millisi qolla başlayıb. 9-cu dəqiqədə De Ketelare hesabı açıb: 1:0. 31-ci dəqiqədə ABŞ bərabərlik qolunu vurub. Tillman cərimə zərbəsindən baxımlı qola imza atıb. 2 dəqiqə sonra Belçika yenidən hesabda önə keçib. De Ketelare bu dəfə başla fərqlənərək özünün və komandasının 2-ci qolunu vurub. İlk hissə Belçikanın üstünlüyü ilə başa çatıb: 2:1. 57-ci dəqiqədə avropalılar 3-cü qolu vurub. Vanaken hesabı 3:1 edib. Oyunun son dəqiqələrində hesab 4:1 olub. Romelu Lukaku topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib. Matçda başqa qol olmayıb və Belçika millisi adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, Belçika 1/4 finalda İspaniya ilə qarşılaşacaq.

DÇ-2026
1/8 final
7 iyul

04:00. ABŞ – Belçika 1:4

Qol: De Ketelare, 9, 33, Tillman, 31, Vanaken, 57, Lukaku, 90+3

ABŞ: Friz, Friman, Riçards, Rim, Robinson, Makkenni, Adams, Tillman, Dest, Baloqun, Pulişiç

Belçika: Kurtua, De Küyper, Nqoy, Meşele, Kastan, Onana, Raskin, Tilemans, Trossard, De Ketelare, Lukebakio

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!