Əsas məzmuna keç

Ukrayna Rusiyanın daha dərinliklərinə zərbələr üçün yeni komandanlıq yaratdı

Nəhayət, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrdə yeni xüsusi komandanlığın yaradılması haqqında fərman imzalayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında videomüraciətində bildirib. Prezidentin  sözlərinə görə, yeni komandanlıq Rusiyanın hərbi potensialına uzaqmənzilli zərbələr endirilməsi istiqamətində fəaliyyət göstərəcək və bu məqsəd üçün mövcud bütün resursları cəmləşdirəcək. Zelenski Ukraynanın Hücum Qoşunlarında islahatların aparılacağını açıqlayıb. O bildirib ki, şəxsi heyətlə bağlı problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək və komandanlıq səviyyəsində də dəyişikliklər ediləcək.

Prezident eyni zamanda Birləşmiş Çevik Reaksiya Qüvvələrinin yaradıldığını elan edib. Onun sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrinin yeni qoşun növü olacaq. Yeni struktur hücum qoşunlarını pilotsuz sistemlər, artilleriya və digər döyüş vasitələri ilə birləşdirərək cəbhədə operativ reaksiyanı gücləndirməyi hədəfləyir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…