Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Kapadokiya beynəlxalq turizm sorğusunda “dünyanın ən yaxşı günbatımı məkanı” seçilib.
Tezadlar.az xəbər verir ki, Kapadokiya Bölgəsinin rəhbəri Aydın Cem Aslanbay yazılı açıqlamasında AllClear Travel Insurance tərəfindən aparılan qlobal qiymətləndirmədə Kapadokiyanın hava şəraiti, mənzərə keyfiyyəti və ziyarətçi təcrübəsi meyarlarına görə 100 baldan 86.1 bal toplayaraq siyahının başında yer aldığını bildirib.
Aslanbay Kapadokiyanın Waikiki Çimərliyi, Böyük Kanyon, Uluru və Tac Mahal kimi dünyaca məşhur məkanları geridə qoyduğunu bildirib və əlavə edib ki, bu nəticə bir daha bölgənin beynəlxalq turizmdəki dəyərini nümayiş etdirir.
Aslanbay aşağıdakıları qeyd edib:
“UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Kapadokiya beynəlxalq turizm sorğusunda “dünyanın ən yaxşı günbatımı məkanı” seçilərək böyük uğur qazanıb. AllClear Travel Insurance tərəfindən aparılan qlobal qiymətləndirmədə hava şəraiti, mənzərə keyfiyyəti və ziyarətçi təcrübəsi əsasında 100 baldan 86.1 bal toplayan bölgəmiz, Waikiki Çimərliyi, Böyük Kanyon və Tac Mahal kimi yerləri geridə qoyaraq birinci yeri tutub. Kapadokyanın gün batımı mənzərəsi bölgənin ən vacib turizm aktivlərindən biridir. Günəşin pəri bacaları ilə qarşılaşdığı unikal anı, səmanın qırmızı rəngə çevrildiyi ən gözəl vizual ziyafəti yaşamaq üçün hər kəsi Kapadokyaya dəvət edirik.
Sorğuda ABŞ-dakı Waikiki Çimərliyi Kapadokyanın ardınca ikinci, Böyük Kanyon üçüncü, Avstraliyadakı Uluru isə dördüncü yeri tutub.
ELBAR