Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda aparılacaq təmir işləri ilə əlaqədar bir neçə yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.
Tezadlar.az xəbər verir ki,Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, 13 iyul 2026-cı il saat 07:00-dək aşağıdakı yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq:
* Səməd Vurğun küçəsi – Füzuli küçəsindən A.A. Bakıxanov küçəsinədək;
* Nazim Hikmət küçəsi – H.B. Zərdabi və Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək;
* Sənan Abdullayev küçəsi (Baksol yolu) – Ziya Bünyadov prospektindən Sənan Abdullayev küçəsi, döngə 1-dək.
Agentlik sürücülərdən aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa anlayışla yanaşmağı, qeyd olunan müddətdə isə alternativ yollardan istifadə etməyi xahiş edib.