Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar jurnalist Tofiqəxanım Qasımovanın (Nurani) səhhəti ilə bağlı ağır xəbər yayılıb.
Məlumata görə, jurnalist hazırda koma vəziyyətindədir və həkimlərin nəzarəti altında müalicə alır. Onun vəziyyətinin kritik olduğu bildirilir.
Tezadlar.az xəbər verir ki, məsələ ilə bağlı məlumatı Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev sosial şəbəkə hesabında paylaşıb. O, Tofiqəxanım Qasımovanın həyatının ən çətin mübarizəsini apardığını qeyd edib.
Bildirilib ki, Nurani uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyi barədə ətrafındakı insanların əksəriyyətinə məlumat verməyib.
Səhhəti qəfil ağırlaşdıqdan sonra xəstəxanaya yerləşdirilən jurnalistin müalicəsi hazırda həkim nəzarəti altında davam etdirilir.