Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun dəstəyi və Bakı İllüziya Muzeyi tərəfindən yaradılan BİMLAND Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb.
Tezadlar.az xəbər verir ki, layihənin məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, ailəvi istirahət imkanlarının genişləndirilməsi və təhlükəsiz açıq hava əyləncə məkanının yaradılmasıdır.
7 000 kvadratmetr açıq hava ərazisini əhatə edən “BİMLAND” ölkənin ən böyük açıq hava uşaq əyləncə mərkəzlərindən biridir. Burada 5 müasir mexaniki atraksion, 26 şişirtmə batut və müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş əyləncə zonaları fəaliyyət göstərir.
Kompleksdə uşaqlarla yanaşı, valideynlər üçün də “Viking” və “Bizon” kimi adrenalini yüksək atraksionlar, həmçinin kafe və restoran xidmətləri mövcuddur.
“BİMLAND”da tətbiq olunan əsas yeniliklərdən biri limitsiz əyləncə konsepsiyasıdır. Ziyarətçilər hər gün saat 18:00–00:00 aralığında giriş bileti ilə parkdakı bütün atraksionlardan limitsiz istifadə edə biləcəklər.
Rəsmi açılış mərasimində dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, ictimai xadimlər və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.